Türkiyədə 8 azərbaycanlı tələbə saxlanıldı - Fotolar

Türkiyədə 8 azərbaycanlı tələbə saxlanıldı
Oxunma sayı: 6729

Türkiyədə Kastamonu Universitetində təhsil alan 8 azərbaycanlı tələbə saxlanılıb.

“Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, saxlanılan yuxarı kurs tələbələri universitetə yeni gələn azərbaycanlı tələbələri hədələyərək pullarını və dəyərli əşyalarını ələ keçirməkdə ittiham edilirlər.

Onların sonuncu dəfə bir azərbaycanlı tələbənin evinə girdiyi, barmaqlarını qıraraq kompüterini və fotoapartını götürdüyü bildirilir.

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi