Türkiyədə aeroportda polislər arasında atışma - Yaralananlar var

turkiyede-aeroportda-polisler-arasinda-atisma
Oxunma sayı: 5903

Türkiyənin Kayseri hava limanında daxili xətlər terminalının sərnişinləri yoxlama məntəqəsində insident yaşanıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbərinə görə, polislər Eyyub B. ilə Əli A. arasında mübahisə yaranıb. Adıçəkilən birinci şəxs silahla həmkarına 3 dəfə atəş açıb, daha sonra isə özünü vurub. 

Hər iki şəxs ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.