Türkiyədə ağır qəza - 2 ölü, 2 yaralı

turkiyede-agir-qeza
Oxunma sayı: 680

Diyarbəkirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, hadisə Çınaq rayonunda baş verib.

Məlumata əsasən, yük və minik avtomobili toqquşub. İnsident nəticəsində 1-i uşaq olmaqla 2 nəfər ölüb. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində yolda hərəkət uzun müddət  məhdudlaşdırılıb.