Türkiyədə ağır qəza - 37 yaralı

turkiyede-agir-qeza
Oxunma sayı: 1438

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub.

"Qafqazinfo" xəbər verir ki, qəza nəticəsində 37 nəfər yaralanıb.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.