Türkiyədə ağır yol qəzası - 6 ölü, 22 yaralı

turkiyede-agir-yol-qezasi
Oxunma sayı: 1989

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Oğuzeli-Kilis istiqamətində hərəkət edən yük maşını mikroavtobusla toqquşub.

Nəticədə 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.