Türkiyədə akvaparkda faciə - 5 nəfər öldü

turkiyede-akvaparkda-facie
Oxunma sayı: 644

Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda elektrik sızıntısı nəticəsində faciə baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı hovuzda 3 uşaq olub.

Uşaqların çırpındığını görən 2 nəfər dərhal suya atılıb və onları xilas etməyə çalışıb. Lakin, onları da cərəyan vurub. Xəstəxanaya aparılan 5 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.