Türkiyədə ard-arda iki zəlzələ oldu

turkiyede-ard-arda-iki-zelzele-oldu
Oxunma sayı: 692

Türkiyənin Manisa şəhərində iki dəfə zəlzələ baş verib.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, ilk zəlzələ Türkiyə vaxtı ilə saat 16:09-da Manisanın Selendi rayonunda 5 bal gücündə baş verib. Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. 

Saat 17:12-də qeydə alınan ikinci zəlzələ isə yenə də Selendi rayonunda 5,1 bal gücündə olub. 

Zəlzələ İzmir, Uşak, Kütahya, Dənizli, Bursa və Çanaqqalada hiss edilib. 

Yeraltı təkanlar nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.