Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı - Video

turkiyede-arvadi-ile-dalasan-azerbaycanli-ozunu-bicaqladi
Oxunma sayı: 2246

İstanbulun Kasımpaşa rayonunda Azərbaycan vətəndaşı Neməddin A. özünü bıçaqlayıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlunmata görə, hadisə bu gün Türkiyə vaxtı ilə saat 8:15-də baş verib.

Belə ki, adıçəkilən şəxs evinə gedərkən yolda həyat yoldaşı ilə telefonla danışarkən dava edib. Neməddin A. daha sonra evində özünü qarnından bıçaqlayıb. O, binadakı digər sakinlərin köməyilə xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.