Türkiyədə atışma - 1 nəfər öldürüldü + Video

turkiyede-atisma
Oxunma sayı: 1331

Türkiyənin paytaxtı Ankarada 1 nəfər əlində silahla evinin pəncərəsindən ətrafa atəş açıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, hadisə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın hazırda müalicə aldığı İbn Sina xəstəxanası yaxınlığında baş verib.

Dərhal hadisə yerinə xüsusi polislər cəlb edilib. Keçirilən əməliyyat nəticəsində Hüseyn G. Adlı həmin şəxs öldürülüb.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Araşdırma aparılır.