Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var - Fotolar+Video

turkiyede-avtobus-asdi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1638

Türkiyənin Çanaqqala şəhərində sərnişin avtobusu elektrik dirəyinə çırpılaraq aşıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, turizm şirkətlərindən birinə məxsus avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb. Qəzaya yolun sürüşkənliyi səbəb olub. Hadisə yerinə təcili yardım və xilasedicilər gəlib.

Avtobus Çanaqqala-İstanbul istiqamətində hərəkət edirmiş.