Türkiyədə avtobus TIR-la toqquşub, ölənlər var

turkiyede-avtobus-tir-la-toqqusub-olenler-var
Oxunma sayı: 636

Türkiyənin Çanaqqala bölgəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerli vaxtla 07:30-da baş verib. Bölgədəki fabriklərdən birinin işçilərini daşıyan mikroavtobus TIR-la toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, yanğınsöndürən və polis cəlb edilib.

Aysel Kərimova