Ayağını ayağının üstünə aşıran diplomatlara xəbərdarlıq olundu - Fotolar

ayagini-ayaginin-ustune-asiran-diplomatlara-xeberdarliq-olundu
Oxunma sayı: 659

Adətən qalmaqalların səngimədiyi Türkiyə Böyük Millət Məclisində (TBMM) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təşkil olunan xüsusi iclasda fərqli görüntülər ortaya çıxıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, iclasa dəvət olunan xarici diplomatlar lojada çıxışları dinləyərkən ayaqlarını ayağının üstünə aşırdığından onlara səlahiyyətli şəxs tərəfindən xəbərdarlıq olunub. Bu an isə foto müxbirlərdən birinin obyektivinə tuş gəlib.

Qeyd olunur ki,  xəbərdarlıq edilən diplomatın biri Fransanın Ankaradakı səfiri Charles Fries ölub. O, 2015-ci il avqustun 29-da Türkiyədə vəzifəsinin icrasına başlayıb.