Türkiyədə AZAL-a məxsus təyyarədə hadisə

Türkiyədə AZAL-a məxsus təyyarədə hadisə
Oxunma sayı: 7297

Atatürk hava limanında Azərbaycan Hava Yollarına məxsus təyyarədə “Boeing 767-300” təyyarəsində hadisə baş verib.

“Qafqazinfo” STAR-a istinadən xəbər verir ki, hadisə Bakı - İstanbul reysini həyata keçirən təyyarə eniş etdikdən sonra qeydə alınıb.

Məlumata görə, ekipaj üzvü səhvən təyyarənin arxa qapısındakı təxliyyə qurğusunu açıb və qurğu partlayıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və sərnişinlər təhlükəsiz şəkildə təyyarədən endiriliblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi