Türkiyədə azərbaycanlı küçədə bıçaqlandı - Video

turkiyede-azerbaycanli-kucede-bicaqlandi
Oxunma sayı: 2576

Türkiyənin Antalya şəhərində Azərbaycan vətəndaşı bıçaqlanıb.

“Qafqazinfo”nun “İHA”ya istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 12-də axşam saatlarında Konyaaltı rayonunun Liman məhəlləsində baş verib.

Məlumata görə, şirniyyat evində oturan Azərbaycan əsilli Hacı Elbrus Hacılı ilə adı açıqlanmayan çərkəz əsilli kişi arasında mübahisə yaşanıb. Daha sonra mübahisə şiddətlənərək küçədə davaya çevrilib. Nəticədə, ikinci şəxs azərbaycanlını ayağından bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Polis digər şübhəlinin saxlanılması istiqamətində tədbirlər görür.