Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır

turkiyede-azerbaycanli-narkotik-alvercisi-yaxalandi
Oxunma sayı: 1857

İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib. 

Dəstənin qaldığı evlərdə və iş yerlərində aparılan axtarış nəticəsində satışa hazır küllü miqdarda kokain və ekstazi atmaları ələ keçirilib. 

Lüks gecə klublarında narkotik satan dəstənin əsas alıcılarının məşhur şəxslər olduğu ortaya çıxıb. Aralarında bir çox serialda oynayan məşhur aktyor Erman B.-nin olduğu açıqlanıb.