Türkiyədə azərbaycanlı plastik cərrah həbs olundu - Foto

turkiyede-azerbaycanli-plastik-cerrah-hebs-olundu
Oxunma sayı: 5007

Türkiyədə Hakkari Dövlət Xəstəxanasında çalışan Azərbaycan əsilli plastik cərrah Elnarə Məmmədova həbs edilib.

“Qafqazinfo”nun “sondakika.com”a istinadən verdiyi xəbərə görə, 2017-ci ildən sözügedən xəstəxanada işləyən həkimin müalicə üçün yanına gələn 8 xəstədən fərqli miqdarda “bıçaq pulu” aldığı iddia olunub.

Məsələ barədə polisə məlumat verən xəstə yaxınlarının şikayəti əsasında E. Məmmədovaya qarşı istintaq başladıb. Üç aylıq izləmədən sonra o, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən saxlanılıb.

Azərbaycanlı həkim Polis Şöbəsində ifadə verdikdən sonra məhkəməyə çıxarılıb. O, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə ittiham olunaraq haqqında həbs qərarı çıxarılıb.