Türkiyədə azərbaycanlı qadın döyülərək öldürülüb

Türkiyədə azərbaycanlı qadın döyülərək öldürülüb
Oxunma sayı: 3141

Türkiyənin Dənizli vilayətində Azərbaycan vətəndaşı olan 33 yaşlı Türkay İsoyevanın yaşadığı evində meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, qadının yaşadığı evdən səhər saatlarında dava səsləri gəlib, qonşular durumu dərhal polisə bildiriblər. Hadisə yerinə gələn polislər qadını ölmüş halda aşkarlayıblar. 

Qadının ölüm səbəbi tibbi-ekspertizanın rəyindən sonra dəqiqləşəcək. 

Qonşular isə İsoyevanın döyülərək öldürüldüyünü iddia edirlər. Onların sözlərinə görə, həmin mənzillərdə tez-tez qadınlar döyülür və adətən gecə klublarında işləyən qadınlar orada yaşayırlar. 

Qeyd edək ki, İsoyevanın 7 yaşlı oğlu və bir yaşı tamam olmamış azyaşlı qızı var. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi