Türkiyədə azərbaycanlı qadın şəhidlərin ruhuna ehsan verib

Türkiyədə azərbaycanlı qadın şəhidlərin ruhuna ehsan verib
Oxunma sayı: 2127

Türkiyənin Ayvalık rayonu Altınova məhəlləsində dönərxanada işləyən azərbaycanlı Sevda Orucova Afrində şəhid olan türk əsgərlərinin ruhuna ehsan verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 26 ildir Altınovada yaşayan 55 yaşlı S.Orucova cümə namazından sonra məscid çıxışında insanlara ehsan paylayıb:

“Azərbaycandan gəldiyim gündən bəri görmədiyim iş yoxdur. Çobanlıqdan, ev təmizliyinə, aşpazlığa qədər bir çox iş gördüm. Öz kafemi açdım, 3 il sonra satdım. İndi qonşumuza aid dönərxanada işləyirəm. Əsgərlərimiz nə zaman darda olsam yanımda oldular. Altınova xalqı məni hər zaman özlərindən biri olaraq gördü. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Allah dövlətimizə və əsgərlərimizə güc versin”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi