Türkiyədə azərbaycanlı qardaşların dramı

turkiyede-azerbaycanli-qardaslarin-drami
Oxunma sayı: 5396

12 il öncə anası ilə Türkiyənin Bursa şəhərinə köçən 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmirlər.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, iki qardaş bu müddət ərzində şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə Türkiyə vətəndaşı ola bilməyiblər.

Onlar sənədləri olmadığı üçün Azərbaycana da gələ bilmirlər. Qardaşlar hazırda Türkiyədə səhiyyə və təhsil xidmətindən yararlana, sığortalı işdə çalışa bilmirlər. Sözün əsl mənasında vətənsiz qalan qardaşlar rəsmi qurumlara səslənərək yardım istəyiblər:

“Bizi müxtəlif qurumlara göndərirlər, amma heç biri bizim problemimizi həll etmir.  Biz Türkiyə Cümhuriyyəti vətəndaşı olmaq və burada hərbi xidmətə getmək istəyirik. Hazırda istifadə edə bilməyimizi bütün hüquqlardan yararlanmaq arzusundayıq”, - deyə Sabir Bağırov bildirib.

O, sözlərinə əlavə edib ki, rəsmi sənədləri olmadığına görə sevgilisi ilə ailə də qura bilmir.

Qeyd edək ki, Sabir və Zaminkarın anası 12 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq oraya köçüb. Həmin vaxt uşaqları 9 və 7 yaşlarında olub və doğum haqqında şəhadətnamə ilə oraya aparıb. 5 il öncə qardaşlarla ögey ataları arasında mübahisə düşdüyü üçün onlar evi tərk ediblər.