Türkiyədə bağa ildırım düşdü - 6 nəfər yaralandı

turkiyede-baga-ildirim-dusdu
Oxunma sayı: 642

Türkiyənin Manisa şəhərinin Şəhzadələr qəsəbəsində üzüm bağına ildırım düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı bağda çalışan 6 işçi yaralanıb.

Bədənlərində ağır yanıq xəsarətləri yaranan yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

İşçilərin həyati təhlükəsinin olmadığı bildirilib.