Türkiyədə barıt fabrikində partlayış, ölü və yaralılar var

turkiyede-barit-fabrikinde-partlayis-olu-ve-yaralilar-var
Oxunma sayı: 700

Türkiyənin paytaxtı Ankarada barıt fabrikində partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə Almadağı bölgəsində yerləşən Maşınqayırma Kimya Sənayesi Raket və Partlayıcı zavodunun yanacaq emalı mərkəzində baş verib. Nəticədə 1 fəhlə dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb. Partlayışın çənlərdə olan yanacağın sıxılması nəticəsində meydana gəldiyi bildirilir.

Aysel Kərimova