Türkiyədə bayraqlar endirildi

turkiyede-bayraqlar-endirildi
Oxunma sayı: 1423

İsrailin Qəzzada törətdiyi fələstinlilərin kütləvi qırğınından sonra Türkiyədə 3 günlük matəm elan edilmişdi.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bayraqlar yarıyadək endirilib.

Xatırladaq ki, Qəzzanın İsrail sərhədində çadırlar quran fələstinlilər ABŞ-ın səfirliyini tel-Əvivdən Qüdsə köçürməsinə etiraz ediblər. Ancaq İsrail əsgərlərinin nümayişçiləri atəşə tutması nəticəsində 1-i uşaq olmaqla 59 fələstinli qətlə yetirilib. 

Nuranə