Türkiyədə bir həftədə 43 terrorçu məhv edilib

turkiyede-bir-heftede-43-terrorcu-mehv-edilib
Oxunma sayı: 637

Separatçı terror təşkilatı PKK-ya qarşı son bir həftədə keçirilən əməliyyatlar nәticәsindә 43 terrorçu mәhv edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 7-14 avqust tarixlәri arasında terror tәşkilatına qarşı 201 әmәliyyat keçirilib.

Әmәliyyatlar nәticәsindә terror tәşkilatına yardım etmәkdә şübhәli bilinәn 319 nәfәr saxlanılıb.

Hәmçinin, solçu terror tәşkilatı, İŞİD və FETÖ ilә әlaqәdә şübhәli bilinәn 357 nәfәr dә tutulub.