Türkiyədə biznesmenlərin əmlakına həbs qoyuldu

turkiyede-biznesmenlerin-emlakina-hebs-qoyuldu
Oxunma sayı: 1807


Anspress-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, rüşvət və korrupsiya əməliyyatı çərçivəsində 25 dekabr günü alınan qərar 3 yanvar etibarilə icra olunub. 

Məlumata görə, İstanbul baş prokuroru Muammer Akkaşın imzası ilə icra olunan qərara əsasən siyahıda adı olan Abdullah Tivnikli, Mustafa Latif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Çingiz, Usamə Qütb və Cengiz Aktürkün bütün mal varlıqlarına həbs qoyub. Siyahıda Kalyon Grubuna aid "Ton Holding" ilə Çingiz Aktürkün şirkəti "Bosphorus 360" şirkətləri də yer alıb. 

Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, ortada məhkəmə qərarı olduğu üçün qərar icra olunub. 

İkinci dalğa ilə bağlı istintaq 2013-cü il 25 dekabrda İstanbul 2 nömrəli hakimlik qərarına əsasən başlanılıb. Qərar "cinayət törətmək məqsədiylə təşkilat qurmaq və idarə etmək", "qurulan təşkilata üzv olmaq", "tenderə fəsad qarışdırmaq", "insan alveri", "rüşvət", "cəmiyyət malına zərər vermək" cinayətləri əsas götürülərək verilib.