Türkiyədə Ceceliyə qarşı qadağalar

turkiyede-ceceliye-qarsi-qadagalar
Oxunma sayı: 3171

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn müğənni Mustafa Ceceli əleyhinə kampaniya başlayıb. “Qafqazinfo” xəbər verir ki, keçmiş həyat yoldaşı Sinem Gedikin xanım müğənni İntizarla eşq yaşadığını iddia edən və onların videosunu yaymaqda ittiham olunan müğənnidən həmkarlarının əksəriyyəti üz döndərib. 

Türkiyənin tanınmış aktrisa-aktyor və müğənniləri, köşə yazarları Cecelini belə bir addım atdığına görə tənqid ediblər. 

Bundan əlavə, bu gün “Kanal D”, “Show Radio”, “Super FM”, “Best FM” kimi başqa böyük radioların ortaq qərarı ilə Mustafanın mahnıları siyahıdan çıxarılıb. 

Həmçinin pop ifaçısının Türkiyə bögələrində və böyük şəhərlərində keçirəcəyi konsertləri təxirə salınıb.