Türkiyədə cənazə daşıyan avtobus qəzaya düşüb - 7 ölü, 15 yaralı

turkiyede-cenaze-dasiyan-avtobus-qezaya-dusub
Oxunma sayı: 1115

Türkiyənin Malatya şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada 7 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

Hadisə yerinə çoxlu sayda təcili yardım və fövqəladə hallar əməkdaşı cəlb olunub.

Avtomobilin cənazə və yaxınlarını daşıdığı məlum olub.