Türkiyədə dəhşətli partlayış- - Fotolar+ Video

turkiyede-dehsetli-partlayis-
Oxunma sayı: 3326


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Manisanın Soma əyalətində saat  17.30-da partlayış nəticəsində yanğın çıxıb.  İşıqlar söndüyü üçün 300 nəfər işçi yer altında köməksiz qalıb. 

AK Partiyanın Manisa Millət vəkili Muzaffer Yurttaş ilk açıqlamasında  ölü sayının 20 nəfər olduğu ifadə etsə də,  Yurttaş daha sonra “CNNTürk”ə   ölü sayının 4 olduğunu , 16 yaralı olduğunu bildirib.

Soma Dövlət Xəstəxanasının  baş həkimi  Rüştü Parlak mədəndəki partlamadan sonra xəstəxanaya gətirilən üç şəxsin  öldüyünü bildirib. Xəstəxanaya gələnlərin tüstüdən zəhərlənərək həyatlarını itirdiyini ifadə edən Parlak dörd işçinin də müalicəsinin davam etdiyini açıqlayıb. Rüştü Parlak müalicə olunan 4 adamın vəziyyətinin yaxşı olduğunu vurğulayıb.