Türkiyədə dəhşətli təyyarə qəzası - Fotolar

turkiyede-dehsetli-teyyare-qezasi
Oxunma sayı: 7982

Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə Trabzon hava limanında eniş zamanı zolaqdan kənara çıxıb. 

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ankara-Trabzon reysini həyata keçirən təyyarə zolaqdan çıxaraq dənizə doğru sürüşüb və 10 metr dənizə qalmış təhlükəli enişdə dayanıb.

Təyyarənin göyərtəsində olan 162 sərnişin və 6 heyət üzvü təxliyyə edilib.

Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.