Türkiyədə dünya yarışması başlayır

turkiyede-dunya-yarismasi-baslayir
Oxunma sayı: 654

Erkan Özərmanın rəhbəri olduğu yarışmada 90 ölkənin manikenləri birincilik üzrə mübarizə aparacaqlar. Münsif heyətində bu dəfə də Türkiyədə yaşayan Azərbaycanlı model Günay Musayeva yer alacaq. “Qafqazinfo”ya verilən məlumata görə, Günay ötən ilin dünyanın ikinci modeli tacını builki qalibə dövr edəcək. Mübarizənin gərgin olacağını deyən Günaya, Erkan Özərman xüsusi hədiyyə hazırlayıb. Belə ki, həmyerlimizin yarışma üçün çəkdirdiyi fotolar “Best Model of the World” jurnalının üzü olacaq və 90 ölkədə yayımlanacaq. Yarışma dekabrın 10-da Bakı vaxtı ilə saat 23.00-da Türkiyənin Fashion One telekanalı ilə canlı yayımlanacaq.

Bununla yanaşı Günay dekabrın 14-də Türkiyənin gənc, amma məşhur modelyeri Tolqa Camın “Dream Of The Dresses”‎ adlı dəfiləsində baş maniken kimi çıxış edəcək. Mustafa Kamal Kültür Mərkəzində keçiriləcək dəfilədə Günayla yanaşı Türkiyənin öndə gedən modelləri Ece Gürsel, Tuba Karaca, Nihan Andaç, Merve Büyüksaraç, Ebru Ürün, Simge Tertemiz, Şehnaz Özkaya, Tuğçe Dural, Yelda Kara, Eda Sedalı, Alaz Köprüvalı, Sevcihan Tunca da podiuma çıxacaq. Türkiyənin məşhur modellərinin yer alacağı dəfilədə Günayın baş maniken seçilməsi təsadüfi deyil. Bu günlərdə Günay Tolqa Camın yeni kolleksiyasının tanıtımı üçün xüsusi fotosessiya da çəkdirib. Türkiyənin ən məşhur moda jurnalları üçün fotolar çəkən fotoqrafın kameraları önünə keçən həmyerlimiz hamilə olmasına baxmayaraq 4 saata yaxın setdə poz verib.

Qeyd edək ki, Tolqa Camın dəfiləsi xeyriyyə məqsədi daşıyır və əldə olunan gəlir Vanda zəlzələdən əziyyət çəkmiş uşaqlara göndəriləcək. Bu yaxınlarda ana olmağa hazırlaşan Günay artıq övladının cinsini də öyrənib. Günay oğlan anası olacaq. Türk mətbuatı bunu Junior Tolqa doğulacaq kimi diqqətdə saxlayır.
Nigar