Türkiyədə dünyanın ən qədim “smaylik”i tapılıb - Foto

turkiyede-dunyanin-en-qedim-smayliki-tapilib
Oxunma sayı: 672

Türkiyə və İtaliyadan olan arxeoloqlar qrupu Qaziantep əyalətinin Karkamış şəhərində nekropol ərazisində apardıqları qazıntılar zamanı qədim səhənglər aşkarlayıblar.

 “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, tapılan səhənglərdən birinin üzərində gülümsəyən insan üzü təsvir olunub. Bu, dünyanın ən qədim “smaylik”i hesab olunur.

Tədqiqatçıların rəyinə görə, səhəng eramızdan əvvəl təxminən 1700-cü illərdə hazırlanıb, ondan şərbət içmək üçün istifadə olunub. 

Arxeoloqlar bu simvolun hansı məqsədlə səhəngin üzərində təsvir olunduğunu müəyyənləşdirə bilməyiblər.

Qeyd olunur ki, səhəng Qaziantep arxeologiya muzeyinə veriləcək.