Türkiyədə “Əl Qaidə”yə bağlı azərbaycanlı terrorçu yaxalanıb

turkiyede-el-qaideye-bagli-azerbaycanli-terrorcu-yaxalanib
Oxunma sayı: 1333

Türkiyənin Bursa şəhərində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində “Əl Nusra” terror təşkilatının azərbaycanlı üzvü yaxalanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bursanın İpəkyolu məhəlləsindəki evlərdən birində terror təşkilatı üzvünün gizləndiyini təsbit edən polislər mənzilə basqın təşkil ediblər. Əməliyyat nəticəsində Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ölkəyə giriş-çıxış qadağası olan “Əl Qaidə”yə bağlı “Əl Nusra” terror qruplaşmasının üzvü olan Azərbaycan vəətndaşı İ.S saxlanılıb. Evdə aparılan axtarış zaman təşkilata bağlı dijital materiallar ələ keçirilib.