Türkiyədə erməni deputatın toxunulmazlığı ləğv oluna bilər

turkiyede-ermeni-deputatin-toxunulmazligi-legv-oluna-biler
Oxunma sayı: 1115

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) üzvü, erməni əsilli millət vəkili Qaro Paylanın deputat toxunulmazlığı ləğv edilə bilər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu bu barədə Türkiyə Böyük Millət Məclisinə raport göndərib. Ədliyyə Nazirliyi deputatın mühakiməsinə razılıq verib. Paylan haqqında araşdırma Girəsun Universitetinin keçmiş rektoru, professor Aygün Attarın şikayəti əsasında başlanıb. 

Belə ki, Attar deputatın Kanada mediasına müsahibəsində “Erməni Soyqırımı”na dair işlətdiyi ifadələri əsas gətirib. Paylan reportajında türk millətini və rəhbərini təhqir edib. Bundan çıxış edən Baş Prokurorluq deputat barədə "Türkiyə dövlətinə", "Türkiyə hökumətinə" və "prezidentə təhqir" maddələri ilə cinayət işi qaldıraraq toxunulmazlığının qaldırılması tələb edib. 

Aysel Kərimova