Türkiyədə əvəzli hərbi xidmətin qiyməti açıqlandı

turkiyede-evezli-herbi-xidmetin-qiymeti-aciqlandi
Oxunma sayı: 5495

Türkiyədə əvəzli (ödənişli) hərbi xidmətin qiyməti 31 min 343 lirə (təxminən 9810 manat) təyin edilib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bu barədə Milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, məbləğ hər 6 ayda bir dəfə artırılacaq.

H.Akar bildirib ki, əgər əvəzli hərbi xidmətə müraciət tələbdən çox olarsa, onların arasından tələb olunan say püşkatma yolu ilə seçiləcək.

Qeyd edək ki, əvəzli hərbi xidmət təyin edilən məbləği ödəyərək hərbi xidmət müddətinin qısaldılmasıdır. Türkiyədə qısaldılmış hərbi xdmət müddəti 6 ay, tam hərbi xidməti müddəti isə 1 ildir.