Türkiyədə fövqəladə hal rejiminin vaxtı uzadıldı

Türkiyədə fövqəladə hal rejiminin vaxtı uzadıldı
Oxunma sayı: 15

20 iyun 2016-cı ildən etibarən Türkiyədə tətbiq edilən fövqəladə hal rejimi 19 iyundan etibarən daha 3 ay davam edəcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Milli Məclisdə keçirilən səsvermədə qəbul edilib.

Qeyd edək ki, fövqəladə hal rejimi 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhdindən sonra elan edilib. Hər dəfə 3 ay müddətinə elan edilməsinə baxmayaraq fövqəladə rejimin vaxtı 3 dəfə uzadılıb.

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu vəziyyətin FETÖ istintaqları yekunlaşdıqdan və bütün üzvləri cəzalandırıldıqdan sonra bitəcəyini bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi