Türkiyədə fövqəladə vəziyyət 3 ay daha davam edəcək

turkiyede-fovqelade-veziyyet-3-ay-daha-davam-edecek
Oxunma sayı: 820

Türkiyədə 19 oktyabrda bitəcək fövqəladə vəziyyət rejiminin 3 ay daha uzadılması qərara alınıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün parlamentdə keçirilən iclasda qərar verilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra 20 iyulda üç ay müddətinə tətbiq edilib. Lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb. Sonuncu dəfə bu müddət 19 iyulda artırılmışdı.