Türkiyədə fövqəladə vəziyyət müddəti yenə uzadıla bilər

turkiyede-fovqelade-veziyyet-muddeti-yene-uzadila-biler
Oxunma sayı: 655

Türkiyədə 19 oktyabrda bitəcək fövqəladə vəziyyət rejiminin uzadılması gündəmdədir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 16 oktyabrda Milli Təhlükəsizlik Şurasının iclasında tövsiyə qərarın alınacağı bildirilib.

Qərar daha sonra Nazirlər Kabinetinə göndəriləcək. Əgər burdan keçərsə parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra 20 iyulda üç ay müddətinə tətbiq edilib. Lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb. Sonuncu dəfə bu müddət 19 iyulda artırılmışdı.