Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir - Tarix açıqlandı

turkiyede-fovqelade-veziyyet-rejimi-legv-edilir
Oxunma sayı: 1287

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki ilk yeni hökumət kabinetinin iclası keçirilib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin mətbuat sözçüsü İbrahim Kalın ölkədəki fövqəladə vəziyyət rejiminin başa çatacağı tarixi açıqlayıb:

"İyulun 18-i mövcud fövqəladə vəziyyət rejimi sona çatacaq. Bunun uzadılmaması barədə prezidentin göstərişi var idi. Fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra da mövcud qanunlar çərçivəsində mübarizəmiz davam edəcək. Fövqəladə vəziyyətlə qarşılaşdığımız məqamda yenidən "OHAL" (Fövqəladə Vəziyyət Rejimi) tətbiq edilə bilər".