Türkiyədə gəmidə partlayış - Ölən və yaralanan var + Video

Türkiyədə gəmidə partlayış
Oxunma sayı: 1506

Qara dənizin Türkiyənin Sinop sahillərində yerləşən hissəsində Liberiya bayrağı altında üzən yük gəmisində partlayış baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir ölü, bir yaralı var.

Dərhal hadisə yerinə dəniz xilasediciləri cəlb edilib.

Partlayışın gəminin qazanxanasında qaz sızmasından baş verdiyi bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi