Türkiyədə görüş olacaq

turkiyede-gorus-olacaq
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, səfər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində Türkiyə Parlamentinin sədrinə TürkPA baş katibi tərəfindən təşkilatın fəaliyyəti barədə məlumat veriləcək, görülmüş işlər və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Həmçinin, baş katibin TBMM millət vəkili, TÜRKPA-nın Hüquq İşlər komissiyasının sədr vəzifəsinin səlahiyyətlərini icra edən cənab Haluk İpək, Türkiyə Parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin sədri və TBMM-nin TÜRKPA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.

Səfərdə TÜRKPA baş katibini baş katibin müavini cənab Kürşad Melih Sarıarslan müşayiət edəcək.

Fatimə Kərimli