Türkiyədə güclü zəlzələ

turkiyede-guclu-zelzele
Oxunma sayı: 3251


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, yerli vaxtla 12:25-də (Bakı vaxtı ilə 14:25) meydana gələn zəlzələ Türkiyənin qərbindəki bir çox şəhərdə hiss olunub. 

Amerika Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri, Egey dənizinin Yunanıstan sahillərində qeydə alınıb. Zəlzələ episentrdə 7,2 bal gücündə olub. Zəlzələ İstanbulda daha aydın hiss olunub. 

Təkanlar Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanakqaladan Eskişehirə qədər geniş sahədə hiss edilib. 

Təkanlar İzmir, Çanaqqala, Kocaeli, Balıkesir, Manisa və Antaliyada da böyük qorxu yaradıb. Yaralananların olduğu bildirilir. 

Ölkənin bir çox bölgəsində telefon xətləri sıradan çıxıb.