Türkiyədə güclü zəlzələ gözlənilir

turkiyede-guclu-zelzele-gozlenilir
Oxunma sayı: 2278

Boğaziçi Universiteti Kandilli Rəsədxanasının Zəlzələ Araşdırma İnstitutu Marmara bölgəsinin əhalisinə xəbərdarlıq edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, institutun müdiri və geoloji araşdırmalar mərkəzinin rəhbəri Haluk Özener Marmarada güclü zəlzələnin gözlənildiyini bildirib. Zəlzələnin gücü 7 baldan yuxarı proqnozlaşdırılır. Özener təbii fəlakətin baş verəcəyi tarixi isə açıqlaya bilmədiklərini deyib:

“Zəlzələnin hansı böyüklükdə olacağını hesablaya bilmirik, üstəlik, vaxtını da müəyyən edə bilmirik. Sadəcə Marmarada və 7 baldan yuxarı olacağını dəqiqləşdirmişik”.