Türkiyədə hakim rejimə öpüşürək etiraz etdilər - Video

turkiyede-hakim-rejime-opusurek-etiraz-etdiler-video
Oxunma sayı: 657

Türkiyədə Facebook istifadəçiləri “öpüşürük” aksiyası keçiriblər. “Qafqazinfo”nun məlumatına görə, buna səbəb bir neçə gün əvvəl Ankarada Qurtuluş metrostansiyasında əl-ələ tutan bir cütlüyə “Əxlaq qaydalarına uyğun hərəkət edin, əxlaqsız davranmayın” iradı olub. Sosial şəbəkələrdə bir qrup insan iki sevgilinin əl-ələ tutmasına müdaxilə edən anonsa etiraz olaraq elə həmin stansiyada öpüşürük aksiyası təşkil edibıər. Təxminən 200 nəfərin iştirak etdiyi aksiyada “Əxlaqınız batsın” şüarları səsləndiriblər.

Bu zaman 20 nəfərdən ibarət qrup isə aksiyanı boykot etməyə başlayıb. Onların üzərində bıçaq da olub və aksiya iştirakçılarından biri yaralanıb. Həmin qrup “Qanımız axsa da, zəfər İslamındır”, “Burası müsəlman məhələssi” kimi şüarlar səsləndiriblər.

Daha sonra polis aksiyayanın qarşısını alıb.