Türkiyə Silahlı Qüvvələrinin son iki ildə keçirdiyi hava əməliyyatları nəticəsində 732 terrorçu zərərsizləşdirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlarda pilotsuz uçan aparatlar (PUA), helikopter və qırıcı təyyarələr istifadə edilib.