Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı

turkiyede-hebs-olunan-geminin-denizcileri-rusiyaya-qayitdi
Oxunma sayı: 767

Ötən ilin iyununda Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən limanda saxlanılan “Streamline” yük gəmisinin 6 rusiyalı dənizçisi 24 mayda sərbəst buraxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, onlar artıq vətənlərinə qayıdıblar.

Xatırladaq ki, “Streamline” gəmisi əvvəlki sahibinin borclarına görə 2018-ci ilin iyununda İstanbulda türk şirkəti olan “Alpex”in tələbi ilə həbs edilib.  “Alpex” daha öncə gəminin təmirinə xərclədiyi 190 min dolların qaytarılmasını tələb edib.