Türkiyədə hərbi avtomobil aşdı - 12 yaralı

turkiyede-herbi-avtomobil-asdi
Oxunma sayı: 1712

Türkiyənin Şırnak bölgəsində “Kobra” tipli zirehli texnika idarəetmədən çıxaraq aşıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 12 əsgərin yaralandığı hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib.

Yaralılar Şırnak dövlət xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin normal olduğu açıqlanıb.

Avtomobilin hansı səbəbdən aşdığı araşdırılır.