Türkiyədə hərbi bazada partlayış - 25 əsgər yaralandı,7-si axtarılır

Türkiyədə hərbi bazada partlayış
Oxunma sayı: 2214

Türkiyənin Hakkari şəhərinin İraqla sərhəddə yerləşən Şemdinli bölgəsində hərbi bazada partlayış baş verib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, 25 əsgər yaralanıb, daha 7 hərbçinin isə axtarışları davam etdirilir. İnsident top atışı zamanı texniki cəhətdən nasaz silah-sursatın partlaması nəticəsində baş verib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. 

Qeyd edək ki, Şemdinli Sülh Cəza Prokurorluğu məsələnin mediada işıqlandırılmasına qadağa qoyub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi