Türkiyədə hərbi bazada partlayışda 7 əsgər şəhid olub, 25-i yaralanıb - Ərdoğandan növbəti açıqlama + Yenilənib

turkiyede-herbi-bazada-partlayisda-7-esger-sehid-olub-25-i-yaralanib
Oxunma sayı: 2614

Xəbər verdiyimiz kimi, dünən axşam Türkiyənin Hakkari şəhərinin İraqla sərhəddə yerləşən Şemdinli bölgəsində hərbi bazada partlayış baş verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə nəticəsində 4 əsgərin şəhid olduğunu açıqlayıb:

“Hakkarida silah bazamızdakı partlayışda 20-yə yaxın yaralmız da var. Allahdan şəhidlə\rimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”.

Qeyd edək ki, daha əvvəl 25 əsgər yaralandığı, daha 7 hərbçinin isə axtarışlarının davam etdirildiyi bildirilirdi.

***

Rəcəb Tayyib Ərdoğan Fransaya səfəri öncəsində keçirdiyi mətbuat konfransında partlayışla bağlı növbəti açıqlama verib.

O, 7 əsgərin şəhid olduğunu, 25-nin isə yaralandığını bildirib.

Ərdoğan partlayışın səbəblərinin araşdırıldığını deyib:

“Oradakı generallarla əlaqədəyik. Qısa müddət öncə Quru Qoşunlarımız orada iş görüb. Texniki heyət nə açıqlayacaqsa ictimaiyyətə deyəcəyik. Araşdırmaları ciddi şəkildə nəzarətdə saxlayırıq”.