Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər insanları girov götürüb

turkiyede-herbi-hisseden-qacan-silahli-esger-insanlari-girov-goturub
Oxunma sayı: 1626

Türkiyənin Qaziantep şəhərində hərbi hissədən qaçan əsgər üzərindəki “G3” tüfəngi ilə alış-veriş mərkəzlərindən birinə hücum edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əsgər mağaza işçilərini girov götürüb. Hadisə yerinə çox sayda polis, tibb işçisi və xilasetmə dəstəsi cəlb edilib. 

Havaya atəş açan əsgər yarım saat sonra təslim olmağa razılıq verib. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.