Türkiyədə hərbi hissəyə hücum - 1 şəhid, 4 yaralı

turkiyede-herbi-hisseye-hucum
Oxunma sayı: 1245

Terrorçular Türkiyə Hakkari rayonunun Çukurca qəsəbəsindəki hərbi hissəyə hücum ediblər.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hücum nəticəsində 1 əsgər şəhid olub, 4-ü isə yaralanıb.

Hazırda bölgədə terrorçulara qarşı geniş əməliyyata start verilib.

Qeyd edək ki, son günlər Türkiyədə terrorçuların hərbi hissələrə hücumları intensivləşib.