Türkiyədə iki casus saxlanıldı - Biri Qaşıqçının qətlində şübhəli bilinir

turkiyede-iki-casus-saxlanildi
Oxunma sayı: 951

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin Kəşfiyyat Xidmətində fəaliyyət göstərən iki casus saxlanılıb.

“Qafqazinfo”nun “The Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, şübhəli şəxslər aprelin 15-də saxlanılsalar da, bu barədə informasiya bu gün KİV-ə məlum olub. 

Qəzetə danışan mənbə bildirib ki, hazırda rəsmi Ankara həbs olunanlardan birinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olub-olmadığını araşdırır.

Xatırladaq ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.